AZ

Jurnalistin Mbappe ilə bağlı sualına güldü: “Lənət olsun, rekord qırdın”

PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-də "Lion"a qarşı oynamayan (4:1) hücumçu Kilian Mbappe ilə bağlı mətbuat konfransında növbəti suala gülüb.

"Sizdən soruşmaq istədim, Mbappe bu yaxınlarda dünyanın ən yaxşı oyunçusu olduğunu dedikdən sonra ehtiyat oyunçular arasında qalması qəribə deyilmi?"

Lent.az xarici mediaya istinadən bildirir ki, Luis Enrike suala belə cavb verib:

- İlk dəfə mətbuat konfransında heç kim mənə Kiki (Mbappenin ləqəbi) haqqında sual vermədi. Bu rekordu məhv etdin. Sual yaxşı tərtib olunsa da, rekordu məhv etdiniz.

Mən cavab verə bilmərəm. Kilian ictimaiyyət qarşısında danışanda mən bu barədə danışacağam, problem yoxdur”.

Seçilən
21
1
Mənbələr
Şərh ()
Bağla