AZ

Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşdi

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/2 final mərhələsinin təkrar oyunları keçirilir.

Yenisabah.az xəbər verir ki, günün ilk oyununda kubokun sonuncu qalibi “Qəbələ” “Zirə”ni qəbul edib.

Paytaxt klubu ilk oyunda olduğu kimi(2:1) bu oyunda da qələbə qazanıb - 2:0. "Zirə" bununla tarixində 2-ci dəfə Azərbaycan kubokunun finalına vəsiqə qazanıb.

Digər oyunda isə “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Bu oyun isə saat 20:00-da başlanacaq.

Final matçı iyunun 2-də keçiriləcək.

Azərbaycan kuboku, 1/2 final

Təkrar oyunlar

17:00. “Qəbələ” - “Zirə” - 0:2 

Qol: Vladislav Kulaç, 59, Rafael Utziq, 84

Qəbələ şəhər stadionu

İlk oyun 1:2


Telegram kanalımız
Seçilən
34
Mənbələr
Şərh ()
Bağla