AZ

“Zirə” finala yüksəldi

Bu gün Azərbaycan kubokunda ilk finalçı müəyyənləşib.

KONKRET.az xəbər verir ki, ilk yarımfinal görüşü Qəbələdə baş tutub.

“Qəbələ” səfərdə 1:2 hesabıyla uduzduğu “Zirə”ylə bu dəfə doğma meydanda üz-üzə gəlib. Səfərdə inamlı qələbə qazanan “Zirə” adını finala yazdırıb.

“Qarabağ” isə səfərdə böyük hesabla qalib gəldiyi “Neftçi”ni bu dəfə mərkəzi arenada sınağa çəkəcək. Ağdam klubunun bu üstünlüyü əldən verməsi inandırıcı görünmür.

Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunları
24 aprel

“Qəbələ” – “Zirə” 0:2
Qollar: Vladislav Kulaç, 58. Rafael Utziq, 84.
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:2.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla