AZ

Bu ölkələrdə plastikdən istifadəyəMƏHDUDIYYƏT QOYULACAQ

Avropa Parlamenti (AP), Avropa İttifaqı (Aİ) ölkələrində tullantıları azaltmaq üçün mehmanxanalarda mini şampun şüşələri və marketlərdə nazik plastik torbalar kimi bəzi birdəfəlik plastik qablaşdırmaları qadağan edən qanunvericiliyi təsdiqləyib.

Bu barədə “İki sahil” "NTV"yə istinadən xəbər verir. 

Avropa Parlamentinin Strasburqda keçirilən Baş Assambleyasının sessiyasında plastik qabların istehsalı, istifadəsi və təkrar emalı ilə bağlı yeni qaydaları özündə əks etdirən qanun 476 səs toplamaqla qəbul edilib.

Eyni zamanda, Avropa İttifaqında (Aİ) qablaşdırmanın daha davamlı olması və plastik tullantılarının azaldılması üçün yeni tədbirlər görüləcək.

Qeyd edilib ki, ümumi qablaşdırma və plastik qablaşdırma tullantıları 2030-cu ilə qədər 5 faiz, 2035-ci ilə qədər 10 faiz, 2040-cı ilə qədər isə 15 faiz azalacaq.

2030-cu ildən etibarən Aİ-də birdəfəlik plastik qablaşdırmanın bəzi növləri qadağan ediləcək. Bura edilməmiş təzə meyvə və tərəvəz, kafe və restoranlarda doldurularaq istehlak edilən qida və içkilərin qablaşdırılması, tək porsiya üçün souslar, qaymaq və şəkər porsiyaları, eləcə də kiçik şampun və sabun qablaşdırması, çox yüngül - 15 mikrondan az  plastik torbalar daxildir.

Qidaya təmas edən qablaşdırmada “PFAS” kimi tanınan “təbiətdə yox olmayan kimyəvi maddələrin” müəyyən həddən artıq istifadəsi də qadağan ediləcək. 

Günel Cəlilova, "İki sahil"

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla