AZ

81 yaşlı idmançı özünü öldürdü

Rusiyanın Moskva şəhərində “Spartak Sverdlovsk” və “Ramenskoye Saturn” komandalarının 81 yaşlı keçmiş xokkeyçisi Arkadi Noviçkov intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə aprelin 20-də Geroev Panfilovtsev küçəsində baş verib. Lakin təfərrüatlar yalnız indi məlum olub. 

Məlumatda bildirilir ki, əvvəlcə təşviş içində olan ərazi sakinləri polisə zəng edərək onuncu mərtəbənin pəncərəsində yaşlı kişinin oturduğunu bildiriblər.

Daha sonra polis mənzil sahibləri ilə birlikdə qapını sındırıb. Dəhlizdə bəzi qəribə yazılar, sonra isə Noviçkovun cəsədi tapılıb. Mənbə bunun intihar olduğunu qeyd edib.

Mərhum Tuşinodakı “Salyut” stadionunun direktoru olan 85 yaşlı keçmiş xokkey və futbolçu Viktor Qusevdən mənzil kirayələyib.

Üstəlik, hadisədən bir gün əvvəl Qusevin nəvəsi polisə şikayət edib ki, kirayəçi sayğacları yoxlamaq üçün mənzilə gələndə nənə və babasına hücum edib.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla