AZ

PSJ xal fərqini artırdı, “Monako” 2-ci pilləyə yüksəldi

30-cu turdan sonra lider PSJ ən yaxın izləyicisindən 11 xal irəlidədi.

"Football-plus.az" xəbər verir ki, Parislilər dincəlmək imkanı qazanan Mbappe ilə Dembelenin yoxluğunda evdə “Lion”u darmadağın etdi. 2-ci yerə isə “Monako” yüksəldi. Ona görə ki, “knyazlar” səfərdə əsas rəqibi “Brest”ə qalib gəlməklə bu komandanı arxada qoydu. “Lill” də yüksək yerlərə iddiasını davam etdirir. “Şimallı itlər” çətinliklə də olsa, “Strasbur”u məğlub edə bildilər. “Lill”i 3-cü pillədəki “Brest”dən cəmi 1 xal ayırır. Sonrakı pillələrdə uyğun olaraq, “Loryan”la “Klermon”un öhdəsindən gələn “Nitsa” və “Lans” qərarlaşıb.

Qalan oyunlara gəlincə, “Marsel” yenə xal itirdi. Jan-Lui Qassenin komandası “Tuluza” ilə oyunda heç-heçə etdi – 2:2. “Monelye” səfərdə “Reyms”ə, “Renn” isə “Nant”a qalib gəldi. Evdə əsas rəqibi “Mets”ə uduzan “Havr” bu komandanı özündən irəli buraxmaqla təhlükəli zonaya yuvarlandı.

30-cu tur
PSJ – Lion 4:1
Matiç, 3-öz qapısına. Beraldo, 6. Ramuş, 32; 42 – Nuama, 37. (47000)
PSJ: Donnarumma, Hakimi (Mukiele, 77), Markinyos (Şkrinyar, 68), Pereyra, Beraldo, Asensio, Zair-Emeri (Soler, 77), Vitinya, Barkola (Mayulu, 68), Kolo Muani, Ramuş (Li Kan İn, 81).
Brest – Monako 0:2
Zakariya, 40. Minamino, 48. (14856)
Brest: Bizot, Lala, Şardonne, Le Kardinal, Loko, Maqnetti, Marten (Pereyra Laqe, 79), Del Kastilyo (Braimi, 86), Dumbiya (Kamara, 62), Satriano, Mune (Le Duaron, 62).
Monako: Mayetski, Vanderson, Sinqo, Maripan, Salisu, Fofana, Zakariya (Kamara, 78), Akliuş (Ben Seqir, 78), Minamino (Ben Yedder, 85), Diatta, Baloqun (Embolo, 85).
Lill – Strasbur 1:0
Devid, 12. (40381)
Lill: Şevalye, Santuş, Aleksandro, Diakite, İsmaili (Qudmundsson, 62),Andre, Qomes (Buaddi, 90+2), Yazıcı (Jeqrova, 63), Haraldsson (Kavaleyro, 63), Kabella, Devid (Yoro, 87).
Nitsa – Loryan 3:0
Sanson, 22. Boqa, 53. Gessand, 89. (21067)
Nant – Renn 0:3
Kalimuendo, 67. Burijo, 76-p. Quiri, 90+1. (25433)
Lans – Klermon 1:0
Sotoka, 3-p. (37495)
Havr – Mets 0:1
Mikautadze, 46. (21250)
Reyms – Monpelye 1:2
Aqbadu, 66 – Sanyan, 26. Əl-Tamari, 86. (14183)
Tuluza – Marsel 2:2
Nikolaysen, 45+1. Qboo, 82 – Onana, 38. Mumbanya, 90+6. (30119)
1. PSJ 29 19 9 1 69-25 66
2. Monako 29 16 7 6 55-38 55
3. Brest 30 15 8 7 44-29 53
4. Lill 29 14 10 5 43-25 52
5. Nitsa 29 13 8 8 31-22 47
6. Lans 30 13 7 10 39-32 46
7. Renn 30 11 9 10 44-36 42
8. Lion 30 12 5 13 39-49 41
9. Marsel 29 10 10 9 43-35 40
10. Reyms 30 11 7 12 37-41 40
11. Tuluza 30 9 10 11 36-39 37
12. Monpelye (-1) 30 9 10 11 38-42 36
13. Strasbur 30 9 9 12 33-41 36
14. Nant 30 9 4 17 28-48 31
15. Mets 30 8 5 17 31-49 29
16. Havr 30 6 10 14 27-38 28
17. Loryan 29 6 8 15 35-55 26
18. Klermon 30 4 10 16 21-49 22
Bombardirlər: K.Mbappe (PSJ) – 24, Devid (Lill) - 17, Lakazett (Lion) – 15, Obameyanq (Marsel) – 12.
Növbəti turun oyunları aprelin 26-28-i aralığında keçiriləcək: Monpelye – Nant, PSJ – Havr, Mets – Lill, Klermon – Reyms, Loryan – Tuluza, Strasbur – Nitsa, Renn – Brest, Lion – Monako, Marsel – Lans.

Turun rəqəmi
533 – Fransa çempionatının elitasında oyun sayını bu həddə çatdıran “Renn”in qapıçısı Stiv Mandanda bu liqada ən çox oyun keçirən futbolçuların siyahısında 10-cu yerə şərik oldu. Anri Mişel də bu qədər oyun keçirib.

Turun ulduzu
Krepin Diatta (Monako) – zədəli Qolovinin yoxluğunda start heyətində özünə yer edən seneqallı yarımmüdafiəçi “Brest” üzərində qələbənin memarı oldu. O, hər hissədə oyundaşlarına məhsuldar ötürmə verdi. İlk yarının sonunda Zakariyaya, 2-ci hissənin əvvəlində isə Minaminoya.

Turun sitatı
Luis Enrike, PSJ-nin baş məşqçisi:
“Mbappe? Deməyə sözüm yoxdu. Tərəflər fikrini açıqlayana qədər susqunluğu qoruyacam. Onlar fikrini deyəndən sonra mən də danışacam”.


Faktlar

* “Lion” 21-ci əsrdə iki dəfə ilk yarıda ən azı 4 qol buraxıb. Maraqlıdı ki, belə halların hər ikisi PSJ ilə oyuna təsadüf edib. Bu komandalar arasında ötən il sentyabrın 3-də keçirilən oyun da 4:1 hesabıyla bitib. Onda da parislilər ilk yarıda 4 qol vurmuşdu.
* PSJ tarixində 3-cü dəfə çempionat oyununda ilk 6 dəqiqədə iki qol vura bildi. Belə hadisə əvvəllər 2015-ci il aprelin 25-də (“Lill” ilə oyunda) və 2019-cu il mayın 18-də (“Dijon” ilə oyunda) baş verib.
LİQA 2
33-cü tur: Rodez – Oser 2:0, Ayaçço – Kan 2:1, Amyen – Dyunkerk 0:1, Anje – Trua 2:1, Annesi – Qrenobl 0:1, Konkarno – Keviyi 0:0, Genqam – Bastiya 0:1, Paris – Valensyenn 2:1, Pau – Laval 3:0, Sent-Etyen – Bordo 2:1.
1. Oser 33 17 10 6 59-34 61
2. Anje 33 17 7 9 49-36 58
3. Sent-Etyen 33 17 6 10 41-26 57
4. Paris 33 14 10 9 43-36 52
5. Rodez 33 13 11 9 55-46 50
6. Pau 33 13 11 9 53-46 50
7. Laval 33 13 10 10 37-38 49
8. Kan 33 14 6 13 43-41 48
9. Genqam 33 12 11 10 38-32 47
10. Qrenobl 33 11 12 10 38-35 45
11. Ayaçço 33 12 9 12 33-36 45
12. Amyen 33 10 14 9 28-31 44
13. Bastiya (-1) 33 12 8 13 36-41 44
14. Bordo (-1) 33 11 9 13 39-45 42
15. Dyunkerk 33 11 8 14 31-44 41
16. Annesi 33 10 9 14 40-42 39
17. Trua 33 8 11 14 37-45 35
18. Konkarno 33 9 8 16 32-45 35
19. Keviyi 33 6 15 12 43-46 33
20. Valensyenn 33 2 11 20 20-50 17
Bombardir: Mendi (Kan) - 19.
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla