AZ

İcra başçısı attestasiya imtahanında 300 bal toplamış şagirdlə görüşdü – FOTOLAR

Bu gün Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri yekun attestasiya imtahanında ən yüksək nəticə göstərərək 300 bal toplamış Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbin şagirdi Gülməliyeva Sevil Rövşən qızı ilə təhsil aldığı məktəbdə görüş keçirib.
Qeyd edək ki, respublika üzrə 11-ci sinif buraxılış imtahanlarında 39 nəfər şagird maksimum nəticə göstərərək 300 bal toplamış, onlardan 14 nəfəri Bakı şəhəri, 25 nəfəri isə isə digər bölgələrdə təhsil alan şagirdlərdir.
Gülay
7Times.az  
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla