AZ

Dünyanın ən böyük kriptovalyuta birjasının qurucusu üçün istənilən cəza açıqlandı

ABŞ Ədliyyə Departamenti (DOJ) keçən il ittihamları boynuna alan Binance kriptovalyuta birjasının qurucusu Changpeng Zhao (CZ) üçün istənilən həbs cəzasını açıqlayıb.    ABŞ Ədliyyə Nazirliyi günahını etiraf etdikdən sonra Changpeng Zhao-nun 3 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Dünən edilən açıqlamada, Binance-in qurucusu və keçmiş CEO-nun federal sanksiyalardan yan keçdiyi və çirkli pulların yuyulması qanunlarını pozduğu üçün 36 ay həbs cəzası çəkməli olduğu bildirilib.  Ədliyyə Nazirliyi ötən ilin noyabrında ittiham etdiyi CZ üçün həbs cəzası istəyib və həbssiz məhkəmə prosesi üçün 50 milyon dollar girov haqqı təyin edib. Sputnik-in xəbərinə görə, ABŞ DOJ tərəfindən göndərilən notada aşağıdakı ifadələr yer alıb:  “Bu işdəki hökm təkcə Changpeng Zhaoya deyil, bütün dünyaya bir mesaj olacaq. Zhao ABŞ qanunlarını pozaraq böyük qazanc əldə edib. Bu pozuntunun dəyəri Zhaonu cinayət əməllərinə görə effektiv şəkildə cəzalandırmaq və ABŞ qanunlarını pozaraq sərvət və biznes imperiyaları qurmaq istəyənlərin qarşısını almaq üçün əhəmiyyətli olacaq". 
 

Əfsanə Rəcəb
Manşet.az

Seçilən
76
Mənbələr
Şərh ()
Bağla