AZ

Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı. Trend:

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-dəFəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqilAzərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsiniehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Trend xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifəxanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllərdüzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alimTamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

Seçilən
9
27
Mənbələr
Şərh ()
Bağla