AZ

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Dövlət

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 25-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı canlı məlumat sessiyası həyata keçiriləcək.

Dövlət Proqramı İdarəetmə Qrupundan AZƏRTAC-a bildirilib ki, məlumat sessiyasında Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

Vebinar saat 16:00-da “Microsoft Teams” platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla