AZ

Sumqayıtda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

Sumqayıtda tanışını qətlə yetirməkdə təqsirləndirilən Seymur Quliyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Aynur Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası mayın 7-nə təyin olunub.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Seymur Quliyev Sumqayıt şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı 1990-cı il təvəllüdlü Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməkdə təqsirləndirirlir. Seymur Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla