AZ

Ukrayna parlamenti Vardanyanın adını Nobel Mükafatına namizədlər siyahısından çıxarmağa çağırdı

Bakı. Trend:

Ukrayna Ali Radasının deputatları erməniəsilli milyarder, keçmişqondarma rejimin "dövlət naziri" olmuş separatçı Ruben Vardanyanadını Nobel Sülh Mükafatına namizədlər siyahısından çıxarmağaçağırıb.

Trend UkraynaKİV-ə istinadən xəbər verir ki, Ukrayna siyasətçiləri sosialşəbəkələrdə paylaşımlarında adı korrupsiya qalmaqallarında hallananVardanyanın adının Nobel Mükafatı laureatları siyahısına daxiledilməsinin yolverilməz olduğunu bildiriblər.

Ali Radanın deputatı Yuri Kamelçuk Nobel Komitəsinə məktubyazaraq, Ruben Vardanyanın adının potensial Nobel Sülh Mükafatılaureatı kimi namizədliyini rədd etməyə çağırıb.

Qeyd edək ki, bu yaxınlarda keçmiş qondarma rejimin "dövlətnaziri" olmuş, hazırda Azərbaycan Respublikası DövlətTəhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında həbsdə olanseparatçı Ruben Vardanyanın çirkli pulları hesabına ona bağlı birqrup tərəfindən Nobel namizədliyinin irəli sürülməsi istiqamətindəiş aparıldığı haqda məlumat yayılıb.

Xatırladaq ki, Ruben Vardanyan 2023-cü ilin sentyabrındaAzərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindənQarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan RespublikasıCinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklənəzərdə tutulmayan silahlı birləşmələrin və ya qruplarınyaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasınındövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittihamolunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davametdirilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Ukrayna
Seçilən
25
2
Mənbələr
Şərh ()
Bağla