AZ

Milli Məclisin 893 minlik noutbuk və avadanlıq alır

Milli Məclis “B2B Group” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

Valyuta.az xəbər verir ki, maliyyə dəyəri 893 000,4 AZN təşkil edən müqavilədə plenar iclas zalı üçün tələb olunan noutbukların və avadanlıqların satın alınması nəzərdə tutulur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "B2B Group” MMC 19 aprel 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur. 

Mediada gedən məlumatlara görə, Ramal Bəşirov əvvəllər 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədova məxsus olduğu iddia edilən "Caspel” şirkətində çalışıb.

Hüseyn

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla