AZ

“Barselona”nın mübahisəli qolla bağlı etirazı qəbul olunmadı

“Real”la “el klasiko”da Lamin Yamalın ləğv edilmiş qolu ilə bağlı mübahisəli məqama dair materillar “Barselona”ya təqdim edilməyəcək.

Arena.az bu barədə “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir.

İspaniya Kral Futbol Federasiyası (RFEF) İspaniya La Liqasının 32-ci turunun “Real”la səfər oyunundan sözügedən məqama dair audio və video materialları “Barselona”ya təqdim etmək niyyətində deyil.
Mənbənin məlumatına görə, İspaniya Kral Futbol Federasiyası hətta Kataloniya klubunun nümayəndələri ilə şəxsi görüş zamanı belə, bu materialları nümayiş etdirməyəcək. Bununla belə, İspaniya Kral Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Hakimlər Komitəsinin “blauqrana” rəsmiləri ilə yaradıcı dialoqa hazır olduğu vurğulanır.

Xatırladaq ki, bir müddət əvvəl “Barselona”nın prezidenti Joan Laporta bu materiallarla bağlı “blauqrana”nın müvafiq müraciət edəcəyini bildirmişdi. Laporta vurğulayıb ki, hakim səhvi təsdiqlənərsə, Kataloniya klubu “el klasiko”nun təkrar keçirilməsində israrlı olacaq.

Xatırladaq ki, oyunun 28-ci dəqiqəsində “Barselona”nın ispaniyalı vingeri Lamin Yamal künc zərbəsindən ötürmədən yararlanaraq topa uğurla ayaq qoyub. Top qapı xəttini qismən keçib, amma “Real”ın ukraynalı qapıçısı Andrey Lunin topu xətdən qaytarıb. Baş hakim Sesar Soto Qrado qol olmadığına işarə vursa da, bir neçə dəqiqə videoköməkçi ilə məsləhətləşib və nəhayət, öz qərarını təsdiqləyib. Hakimin bu qərarı böyük mübahisə predmetinə çevrilib və hazırda İspaniya mətbuatında çeynənir.

Oyunun nəticəsinə gəlincə, Madrid səfərində “Barselona” iki dəfə “Real”ı hesabda üstələsə də, “Kral klubu” əzmkar oyunu ilə 3:2 hesablı qələbəni oyunun əsas vaxtına əlavə edilmiş təzminat müddətində (90+1) qoparıb.

Hazırda “Real” 32 oyundan 81 xalla La Liqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Qaymaqlılar” ən yaxın izləyicisi “Barselona”nı (70 xal) 11 xal qabaqlayırlar.

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla