AZ

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur, nemət hesab olunur".

Bu sözləri BiG.AZ-A deputat Sədaqət Vəliyeva deyib.

O bildirib ki, sabitliyimiz və əldə etdiyimiz uğurlar, qələbələr düşmənlərimizlə yanaşı Əli Kərimli kimi sapı özümüzdən olan baltaları da narahat edir.

"Bu narahatlığın nəticəsidir ki, özünü müxalifət adlandıran, heç bir fəaliyyəti olmayan Əli Kərimli və onun şəxsi şirkətinə çevrilmiş "AXCP" adlı qondarma qurum yatıb-yatıb indi də ayılıb və birdən mitinq keçirməyə qərar verib. Mitinqin keçirilmə səbəbi isə nəinki kiməsə heç Əli Kərimliyə də bəlli deyil. Çünki Azərbaycanda mitinq keçirmək üçün heç bir səbəb və əsas yoxdur. Sadəcə sifariş belə gəlib deyə Əli Kərimli də onu icra etməyə məcburdur. Əks halda isə Kərimlinin qonorarı kəsiləcək və aləti olduğu dairələrin etimadını itirəcək. Amma təəssüfki anti-Azərbaycan dairələrin etimadını qazanmaq üçün dəridən qabıqdan çıxan Əli Kərimli Azərbaycan xalqının etibarını çoxdan itirdiyinin fərqində deyil. Ümumiyyətlə Əli Kərimlini heç bir zaman xalq maraqlandırmayıb. Onu maraqlandıran yalnız və yalnız puldur. Açığı Azərbaycan xalqını da heç zaman Əli Kərimli maraqlandırmayıb. Çünki xalqımız Əli Kərimlini heç zaman ciddi qəbul etməyib və onun kim olduğunu, kimlərə necə satıldığını yaxşı bilir".

AYSEL ƏKBƏR


BiG.Az
Seçilən
27
Mənbələr
Şərh ()
Bağla