AZ

“Həmin borcları da ödəmək fikrimiz yoxdu” – “Turan Tovuz” necə “Turan” olacaq?

“Huner Group”un rəhbəri Ehtiram Quliyev “Turan Tovuz”un əvvəlki adının bərpa olunacağını deyib.

Məlum olduğu kimi, klub “Turan” adından futbolçu-məşqçi heyətinə borclar üzündən imtina etmişdi. Bəs tarixi ad bərpa olunursa, borc məsələsi necə tənzimlənəcək? "Football-plus.az” olaraq, bu sualı klubun idarə heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyevə ünvanladıq:

"Köhnə şirkətlə hansısa əlaqəmiz yoxdu. Biz qeyri-hökumət təşkilatıyıq. Onların hüquqi varisi sayılmayacağıq. Ad dəyişmək elə də asan iş deyil, zaman tələb edən iş olsa da, dəyişiklik etməyi planlaşdırırıq. Əvvəlki şirkətin kimə nə qədər borcu var - bunlardan xəbərdar deyilik. Həmin borcları da ödəmək fikrimiz yoxdu".

GÜNAY SÜLEYMANOVA
Seçilən
11
Mənbələr
Şərh ()
Bağla