AZ

"Qarabağ"ın önəmli şəxsi İspaniyaya niyə gedib? - İSTİ-İSTİ AÇIQLAMA

Bu gün Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib.

İclas İspaniyanın paytaxtı Madriddə təşkil olunub.

«Qarabağ»ın İdarə Heyətinin üzvü Asif Əsgərov toplantıda iştirak edib. O, Sportinfo.az-a tədbir barədə geniş açıqlama verib:

«Avropa Klublar Birliyi gündən-günə böyüyür. Bir il qabaq təşkilata üzv klubların sayı 246 idi, indi bu rəqəm 619-a çatıb. Qitənin 15 ölkəsinin yüksək liqasında çıxış edən butun klublar artıq ECA-ya üzvdür. 30-dan çox ölkənin klublarının 80-90 faizi ECA-da üzvlükdən keçib. Avropada 700-ə yaxın klub var və gedişatdan görürsüz ki, ECA necə sürətlə inkişaf etməkdədir. Bu, ECA-nın artıq bütün Avropanı təmsil etməsi deməkdir.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla