AZ

Florentino Peres “el klasiko”dan öncə hakimləri ziyarət edibmiş

“Real”ın prezidenti Florentino Peres “Barselona” ilə oyundan əvvəl futbolçularını və hakimlər briqadasını salamlayıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, Peres bu məqsədlə fəxri kürsüdən enərək, aşağıya gəlib.

Vurğulanır ki, Florentino Peresin oyunun başlamasına az qalmış bu davranışı “Barselona” oyunçularını təəccübləndirib.

Mənbənin məlumatına görə, Madrid klubunun arbitraj müşaviri Megiya Davila və İspaniya Kral Futbol Federasiyasının (RFEF) məlumatçısı Peres Lasa da Florentino Pereslə olublar.

Xatırladaq ki, Madrid səfərində “Barselona” iki dəfə “Real”ı hesabda üstələsə də, “kral klubu” əzmkar oyunu ilə 3:2 hesablı qələbəni oyunun əsas vaxtına əlavə edilmiş təzminat müddətində (90+1) qoparıb – 3:2.

Hazırda “Real” 32 oyundan 81 xalla La Liqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Qaymaqlılar” ən yaxın izləyicisi “Barselona”nı (70 xal) 11 xal qabaqlayırlar.

Vurğulayaq ki, Peresin hakimlərlə görüşməsi faktı, oyundan sonra hakimlikdən şikayətçi olan “Barselona” düşərgəsinin dilindən mətbuatın ağzına keçib. Adət üzrə bu dedi-qoduların növbəti tura qədər, “el klasiko”dan sonrakı hisslər səngiyənə qədər davam edəcəyi bildirilir.

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla