AZ

“Adidas” “Liverpul”un yeni təchizatçısı olacaq

İdman geyimləri və ayaqqabıları istehsalı üzrə ixtisaslaşmış məşhur alman transmilli şirkəti “Adidas” “Liverpul”un yeni təchizatçısı olacaq.

Arena.az “Sport Business” dərgisinə istinadən məlumat verir ki, “Adidas” 2025/2026 mövsümündən etibarən “Liverpul”la əməkdaşlıq edəcək.

Mənbənin məlumatına görə, alman şirkəti müvafiq tenderin qalibi olub və 2029-2030-cu il mövsümünə qədər mersisaydlılarla əməkdaşlıqda olacaq.

“Adidas”ın “Liverpul”la əməkdaşlıqda maraqlı olan əsas rəqiblərinin amerikan brendi “Nike” və alman brendi “Puma” olduğu da vurğulanır.

“Nike” 2020/2021 mövsümündən bəri Yurgen Klopun “qırmızılar”ı üçün oyun dəstinin təchizatçısıdır. “Nike” ilə razılaşma “Liverpul”un o vaxtkı tədarükçüsü olan “New Balance” şirkəti ilə məhkəmə çəkişməsindən sonra baş tutub.

33 oyundan sonra “Liverpul” 74 xalla Premyer Liqanın yarış cədvəlində şərti olaraq 2-ci pillədə qərarlaşıb. Premyer Liqanın zirvəsidə 34 oyundan 77 xalla “Arsenal” şərti liderliyini sürdürür.

“Liverpul”un növbəti oyunu səfərdə “Everton”a qarşı derbiyə təsadüf edir. Oyun bu gün – aprelin 24-də, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla