AZ

Alkoqoldan nifrət edən insanlar ağciyər xərçənginə həssasdırlar – ARAŞDIRMA

Alkoqoldan genetik olaraq nifrət edən insanlar ağciyər xərçənginə həssasdırlar.

İnterpress.az xəbər verir ki, San Dieqodakı Kaliforniya Universitetinin amerikalı genetikləri və onların digər ölkələrdən olan həmkarları alkoqol dözümsüzlüyü və digər xəstəliklər üçün genlər arasında əlaqəni araşdırıblar. Tədqiqat eBioMedicine (eBioMed) elmi jurnalında dərc olunub.

Komanda tək nukleotid polimorfizmləri (SNP) adlanan genetik xüsusiyyətlərə baxaraq 3,2 milyondan çox DNT qeydini təhlil edib.

SNP-də dəyişikliklər olan insanlar çox miqdarda spirt içə bilməzlər. Çünki onların orqanizmindəki etanol demək olar ki, dərhal zəhərli asetaldehidə çevrilir. Bu, ürəkbulanma və digər asma simptomlarına səbəb olur.

Tədqiqat göstərib ki, qoruyucu genlərə sahib olanlar xroniki yorğunluqdan daha az əziyyət çəkir və sağlamlıq göstəriciləri daha yaxşı olur.

Bununla belə, onlar tiroid xəstəliyinə daha həssasdırlar və malyariya, həmçinin ağciyər və dəri xərçəngi riski artır.

Alimlərin fikrincə, müəyyən edilmiş əlaqələr səbəb-nəticəni sübut etmək üçün kifayət qədər güclü deyil, lakin nəticələr nümunəni göstərir.

Elmi işin müəllifləri hesab edirlər ki, onların kəşfi profilaktik tibb üçün təsir göstərir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla