AZ

"ABŞ yardımı gec ayırdı" - Ukraynalılar pessimistdir?

Xəbər verdiymiz kimi, 2023-cü ilin oktyabrından dalana dirənmiş Ukraynaya hərbi yardım paketi nəhayət, ABŞ Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. Bununla belə, bir çox ukraynalı 61 milyard dollarlıq nəhəng hərbi yardım paketi ayrılmasının artıq gec olduğunu düşünür.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar bu yardımla müharibənin gedişatını dəyişməyin çətin olduğunu bildirilər.

Qeyd edək ki, aylarla davam edən müzakirələrdən sonra respublikaçılar, nəhayət ki, parlamentdə ümumi məbləği 95 milyard dollar olan hərbi yardım paketini təsdiqləyiblər. Bu paketin 60,84 milyard dolları Ukraynaya, 26,38 milyard dolları İsrailə, 8,12 milyard dolları isə Tayvana ayrılıb.

ABŞ əvvəlki yardım paketlərində Ukraynaya ümumilikdə 60 milyard dollar xərcləmişdi. Bu hərbi paketlə Ukraynaya yardım ikiqat artacaq.

Paket nə qədər böyük olsa da, bu, 2023-cü ilin oktyabrından bəri ABŞ-ın Ukraynaya ilk dəstəyi olacaq.

Bildirilir ki, hərbi yardım paketinin gecikməsi Ukraynaya baha başa gəlib. Ötən ilin oktyabrından indiyədək 583 kvadrat kilometr ərazi itirilib. Üstəlik, Ukrayna bütün hücum planlarından imtina edərək müdafiəyə keçib. Ölkənin enerji infrastrukturu hava hücumundan müdafiə sursatları tükəndiyi üçün Rusiyanın raket hücumlarının hədəfinə çevrilib. Sərhəd şəhəri Xarkovda bir çox məntəqələrdə elektrik enerjisi verilmir.

Lakin təkcə hərbi yardım paketiylə Ukraynanın problemi həll edilmir. Onun daha bir problemi canlı qüvvəsinin az olmasıdır. Müharibə başlayandan bəri xaricə qaçan vətəndaşlar və müharibədə verilən itkilərdən sonra könüllü orduya qatılanların sayı zamanla xeyli azalıb.

Vasif
BakuPost
Seçilən
43
Mənbələr
Şərh ()
Bağla