AZ

Türkiyə XİN: “Uydurma “soyqırımı”la bağlı verilən bəyanatlar birtərəflidir”

“Erməni soyqırımı” ilə bağlı verilən bəyanatlar birtərəflidir və 1915-ci il hadisələri ilə bağlı bəzi radikal dairələri sevindirmək üçün səsləndirilib”.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Tarixlə bağlı bu qərəzli bəyanatlar təkcə iki icma arasında barışıq səylərinə zərər vermir, həm də nifrət cinayətləri törətməyə meyilli radikal qrupları cəsarətləndirir.

Biz bütün tərəfləri Birgə Tarix Komissiyasının yaradılması təklifimizi, eləcə də Ermənistanla davam edən nizamlanma prosesini dəstəkləməyə çağırırıq”, – bəyanatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla