AZ

Qayda pozub özünü “avtobus zolaqlarının kralı”adlandırdı- VİDEO

Bakıda sürücü törətdiyi qayda pozuntusunu videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 23-ü axşam saatlarında qeydə alınıb. “Bolt” taksi şirkətinə məxsus “Toyota Prius” markalı avtomobilin sürücüsü avtobus zolağıyla hərəkət edib. Belə ki, o, yolda yaranmış sıxlığa düşməmək qayda pozmaqdan çəkinməyib. Hətta sürücü ona xəbərdarlıq edən sosial şəbəkə istifadəçilərinə “paytaxtda olan bütün radarların yerini bilirəm” deyərək cavab verib. 
Qeyd edək ki, sürücü videonu “Avtobus zolaqlarının kralı” başlığıyla paylaşıb.

Xatırladaq ki, avtobus zolağına daxil olan sürücülər İnzibati Xətalar Məcəlləsinə 327.1-ci maddəsinə uyğun olaraq, 40 manat cərimə oluna bilər.

Nərmin

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla