AZ

Ev sahibi mənzildən çıxarmaq istədiyi kirayəçinin kanalizasiyasını bağladı

Ev sahibi mənzildən çıxarmaq istədiyi kirayəçinin kanalizasiyasını bağladı

Türkiyənin İstanbul şəhərində maraqlı hadisə yaşanıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, kirayəçisinin evini tərk etməsini istəyən ev sahibi mənzilin kanalizasiyasını bağlayıb.

Baş verənlərə üsyan edən və 20 gün tualetdən istifadə edə bilmədiklərini bildirən kirayə qalan ailə evdəki pis qoxuya mane ola bilmədiklərini, tualet ehtiyaclarını məscidin tualetində qarşıladıqlarını bildiriblər.

İddialara görə, ev sahibi problemi həll etməyib və kirayəçilərindən də evini tərk etməyi xahiş edib. Bələdiyyə qrupları binaya gəlsə də, kanalizasiya sistemində problem olmadığını və problemin ev sahibinin yaşadığı mənzildən qaynaqlandığınıbildirib. Bunun üzərinə kirayə qalan ailə ev sahibi haqqında şikayətçi olu Kirayəçilər ilə görüşmək istəməyən ev sahibi iddialara cavab verməyib.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla