AZ

Yaponiyada 5 bal gücündə zəlzələ baş verib


Yaponiyada 5 bal gücündə zəlzələ baş verib, episentri İbaraki prefekturasının sahilyanı ərazilərində olub. Sunami təhlükəsinin olmadığı açıqlanıb.

7NEWS.az xəbər verir ki, Yaponiyanın İbaraki prefekturasının sahilyanı hissəsində 5 bal gücündə zəlzələ baş verib. Yaponiya Meteorologiya İdarəsinin (JMA) verdiyi açıqlamada yerli vaxtla saat 20.40-da baş verən zəlzələnin 60 kilometr dərinlikdə qeydə alındığı bildirilib. Tokio, Toçiqi, Çiba və Fukusima əyalətləri ilə yanaşı İbarakidə də hiss edilən zəlzələ qısa müddətli çaxnaşma yaratsa da, sunami riskinin olmadığı bildirilib.

7NEWS.az
Seçilən
15
1
Mənbələr
Şərh ()
Bağla