AZ

AYİB bankın "yaşıl" təşəbbüsləri barədə məlumatlandırmaya görə məsul şəxs təyin edib

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Qərbi Balkanlarvə Azərbaycan üzrə ictimaiyyətlə əlaqələr üzrə kuratoru RezoBitsadze bankın "yaşıl" təşəbbüsləri barədə məlumatlandırmaya görəməsul şəxsi təyin olunub.

Trend xəbərverir ki, Bitsadze bu barədə özünün sosial şəbəkə hesabında məlumatpaylaşıb.

"Mən AYİB-in Azərbaycandakı xarici kommunikasiyalarına görəməsul şəxs olaraq qalacağam və bankın bütün dünyada "yaşıl"təşəbbüslərinin işıqlandırılmasına nəzarət edəcəyəm. Bankın "yaşıl"təşəbbüsləri üçün bu yeni təyinat 2024-cü ildə baş verib və bu,COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan üçün xüsusənvacibdir", - deyə Bitsadze bildirib.

Onun sözlərinə görə, AYİB iqlim maliyyələşdirməsi sahəsindəliderdir və dünyadakı biznesinin yarısı artıq "yaşıl"dır.

Bitsadze qeyd edib ki, dayanıqlı investisiyaları inkişafetdirmək, ətraf mühitin mühafizəsi, tənzimlənmənin(maliyyələşdirmənin) reformasiyası və özəl maliyyələşdirməninsəfərbərliyi ilə əlaqəli olan hər şeyi dəstəkləmək lazımdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla