AZ

Delimitasiya prosesinin başlanması Azərbaycanın böyük uğurudur - VİDEOMÜSAHİBƏ

2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq, koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.

Day.Az xəbər verir ki, məsələni Trend-ə şərh edən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, iki ölkə arasında əldə edilən razılaşma tarixi hadisədir.

Onun sözlərinə görə, bu, faktiki olaraq delimitasiya prosesinin başlanması və ortaq rəyin formalaşmasıdır.

"Delimitasiya prosesi uzunmüddətli prosesdir və dövlət sərhədinin müəyyən hissəsi razılaşdırıldıqdan sonra artıq demarkasiya prosesi həyata keçirilib. Bu da zaman alan prosesdir. Lakin biz indiki şəraitdə intensiv bir prosesin həyata keçirildiyinin şahidi oluruq.

Ekspert qruplarının daimi təmasda olması və işçi qruplarının fəaliyyəti də delimitasiya prosesinin sürətli şəkildə həyata keçirilməsi üçün vacib faktorlardan biridir ki, hazırda bunu müşahidə etmək mümkündür. Prosesin Tavuş-Qazax istiqamətindən başlaması xüsusi önəm daşıyır", - deyə o qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Seçilən
10
50
Mənbələr
Şərh ()
Bağla