AZ

Paytaxtda böyük ÇAXNAŞMA: Atlar ortalığı qan gölünə çevirdi – FOTO\VİDEO

Səhər məşqi zamanı bir neçə at əsgərləri yıxıb, qaçaraq İngiltərənin paytaxtı Londonda böyük çaxnaşmaya səbəb olub. 

Yenicag.az xəbər verir ki, hadisəyə ordu və polis birgə əməliyyatla müdaxilə edib. Atların törətdiyi hadisə nəticəsində 5 nəfər yaralanıb.

Kral süvari alayına məxsus atlar səhər saat 08:40 radələrində “Hyde Park” kazarmalarından gündəlik məşq etmək üçün çıxarkən atlıları yerə ataraq qaçıblar. Qaçan heyvanlar küçələrdə maşınlara rast gələndə hürküb və tamamilə idarədən çıxıblar.

London sakinləri küçələrdə qaçan, biri qan içində olan atları görəndə təlaşa düşüblər. Sosial şəbəkələrdə yayılan görüntülərdə atlardan birinin şüşəsini sındıraraq avtobusa, digərinin isə qara rəngli taksiyə çırpıldığı görünür. Hadisə şahidlərindən biri deyib ki, süvari əsgərlərdən biri qışqıraraq atdan yerə yıxılıb və ətrafdakılar tərəfindən təcili yardımla xəstəxanaya aparılıb.

London polisi qaçan atlarla bağlı xəbərdar edib və ərazidəki iki yolu nəqliyyatın hərəkəti üçün bağlayıb. Hadisə yerinə təcili tibbi yardım maşınları və təcili yardım qrupları göndərilib.

Günorta saatlarında verilən rəsmi açıqlamada ordu və polisin birgə əməliyyatı nəticəsində qanunsuz atların tutulduğu, hadisə nəticəsində 5 nəfərin yaralandığı açıqlanıb. Tutulan 5 atın baytar həkimə aparıldığı və vəziyyətinin yaxşı olduğu açıqlansa da, xəsarət alanlarla bağlı hələlik açıqlama verilməyib.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla