AZ

Sarqsyandan Qazaxdakı sərhəd dirəyinə reaksiya

"Azərbaycanla hazırkı delimitasiya prosesi sülhə yox, yeni çətinliklərə gətirib çıxarır".

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistanın üçüncü prezidenti Serj Sarqsyan jurnalistlərə bildirib.

O qeyd edib ki, sivil dünyada delimitasiya adətən hansısa sazişin imzalanmasından əvvəl olur. "Yalnız bundan sonra əməli addımlar atılır. Ermənistan-Azərbaycan prosesində isə əksinədir. Məsələn, götürək, eyni qoşunların Tavuşdakı işğal olunmuş mövqelərdən çıxarılması, sərhəd dirəyinin quraşdırılması və s.", - eks-prezident qeyd edib.

Sarqsyan yaranmış vəziyyətdən çıxış yolunu hazırkı hakimiyyətin istefasında gördüyünü deyib.

"Müxalifət indiyədək ilk növbədə parçalanma səbəbindən buna nail ola bilməyib. Unutmaq olmaz ki, hakimiyyət kənardan dəstək alır", - deyə Sarqsyan bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycanla Ermənistan arasında sərhəddə (Qazax rayonu) yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.

T.İSMAYIL

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla