AZ

Mendinin durumuna aydınlıq gəlib

“Real”ın zədəli futbolçusu Ferlan Mendinin durumuna aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, sol cinah müdafiəçisi La Liqanın “Real Sosyedad”la görüşünü də buraxacaq.

Bu qarşılaşma həftəsonu baş tutacaq. Komandamın məşqlərinə qatılmayan futbolçunun Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununa hazır olacağı gözlənilir. “Bavariya” ilə qarşılaşma aprelin 30-da keçiriləcək.

Qeyd edək ki, Ferlanın “Real”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.

İdman.biz

Məqalədə:
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla