AZ

Fransa Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini TƏKLİF ETDİ

Fransa Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təklif edib.

İnterpress.az xəbər verir ki, Bloomberg bu barədə əlinə keçən sənədə istinadən xəbər verir.

Fransa Avropa İttifaqına (Aİ) Rusiyaya qarşı, o cümlədən “Vaqner” yaraqlılarına qarşı yeni sanksiyalar tətbiq etməyi təklif edib.

Parisin təklifi Aİ-yə bütün dünyada Rusiyanın maliyyələşdirdiyi “sabitliyi pozan fəaliyyətlərdə” iştirak edən şəxslərə və qurumlara qarşı sanksiyaları gücləndirməyə imkan verəcək.

Belə sanksiyaların tətbiqi artıq Estoniya, Latviya, Litva, Hollandiya və Polşa tərəfindən dəstəklənib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla