AZ

Ona futbol meydanında problem yaradan 4 futbolçunun adını çəkdi

Bu yaxınlarda Premyer Liqanın Şöhrət zalına daxil edilmiş "Çelsi"nin keçmiş müdafiəçisi Con Terri ona futbol sahəsində ən çox problem yaradan 4 futbolçunun adını çəkib.

“Terri Anri qarşılaşdığım ən yaxşısı və ən çox qorxduğum futbolçu idi. 

Növbəti yerdə Ueyn Runi olmalıdır. O, ən yaxşı oyunçuydu və əldə etdiyi şey inanılmaz idi. Bilmirəm, insanlar Ueyn İngiltərə milli komandasına ilk dəfə daxil olanda nə qədər yaxşı olduğunu unudublarmı? Premyer Liqada ona qarşı oynadığımı və İngiltərə millisində komanda yoldaşı olduğumu xatırlayıram. O, fenomenal idi.

Mən Serxio Aquero və ya Harri Keynə müqavimət göstərməyin çətin olduğunu deyərdim”, – Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Terri söyləyib.

Terri Anri, Ueyn Runi və Serxio Aquero artıq Premyer Liqanın şöhrət şalındadırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla