AZ

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının peşəkar cərrahı - Azər Sadıqov

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası paytaxtda və regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının həkim-cərrahı Azər Lazım oğlu Sadıqovu oxuculara təqdim edəcəyik.
 
O, 1965-ci ildə Ağcabədi Rayon Hacılar kəndində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Tibb Üniversitetində Müalicə işi ixtisası üzrə təhsil alıb.
 
Azər Sadıqov 1998-2000-ci illərdə M.Tobçubaşov adına Elmi Cərrahiyə Mərkəzində həkim-cərrah vəzifəsində işləyib. 2001-ci ildən Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında fəaliyyətini davam etdirir.
 
Fəaliyyəti dövründə bir çox beynəlxalq və ölkə daxili konfransların iştirakçısı olub.
Seçilən
18
Mənbələr
Şərh ()
Bağla