AZ

"Real"da hücumçu müəmması: Ançelotti hansı qərarı verəcək?

"Real"ın baş məşqçisi Karlo Ançelotti icarəyə götürülmüş Xoselu barədə qərar verib.

Publika.az xəbər verir ki, italyan mütəxəssis ispaniyalı forvardın tamhüquqlu transfer edilməsini istəyir. Anlaşmaya görə, Madrid klubu Xoselunu "Espanyol"dan 1,5 milyon avroya ala bilər. Bununla bağlı heç bir problem yoxdur.

Lakin yeni mövsümdə komandanın hücumçuları çox ola bilər. Çünki Kilian Mbappe və Endrik də heyətə qoşulacaq. Belədə Xoselu ümumiyyətlə oynamaya bilər. Buna görə Ançelotti bir daha düşünməli olacaq.

Qeyd edək ki, 34 yaşlı Xoselu bu mövsüm "Real"ın heyətində 13 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
Mənbələr
Şərh ()
Bağla