AZ

Çempionun heyətində köklü dəyişiklik: baş məşqçi isə... – klub rəsmisi belə dedi

Futzal üzrə yüksək liqada çempion “Araz-Naxçıvan”dı. “Qırmızı-ağlar” ölkəmizi növbəti dəfə Çempion Liqasında təmsil edəcək. Bununla yanaşı, komandanın ölkə kuboku uğrunda mübarizəsi davam edir.

Görəsən, kollektivin gələcək oyunlar barədə planları nədən ibarətdi? Heyətlə bağlı hansı dəyişikliklər nəzərdə tutulub? Ən əsası, baş məşqçi Vitali Borisovun müqaviləsinin müddəti mayın sonunda bitir. Bəs mütəxəssislə yenidən anlaşmaq mümkündümü?

Bu suallarla “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqova müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:

“Şükür Allaha, ilkin məqsədə çatıb çempionluğu təmin etdik. Çempionlar Liqası və növbəti mövsüm üçün hazırlığa başlamışıq. Komandada ciddi dəyişikliklər olacaq. İndiki heyətdən 4-5 futzalçıyla yola davam edəcəyik. Qalanları bizimlə olmayacaq. Hələ ki adları açıqlayıb oyunçular üzərində psixoloji təzyiq yaratmaq istəmirəm. Çünki mövsüm hələ başa çatmayıb. Kuboku da qazanmaq istəyirik ki, bunun üçün daha yaxşı çıxış etməliyik. Həlledici mərhələyə qədəm qoymuşuq. Yeni heyətin formalaşdırılması üçün təhlillər edilir. Həm əncəbi, həm də yerli futzalçılarla güclənəcəyik. Legionerlərlə danışıqlarımız tezliklə başlayacaq. Yerlilərlə əlaqə saxlamaq üçün isə mövsümün başa çatmasını gözləyirik. Yoxsa komandalarına hörmətsizlik etmiş olarıq. Vitali Borisova gəlincə, onunla müqavilənin müddətini artırmaq istəyirik. “Ayaqüstü” razılaşmamız olub. Növbəti mərhələdə masaya əyləşib şərtləri müzakirə edəcəyik”.

KƏNAN BAHADIR
Seçilən
13
Mənbələr
Şərh ()
Bağla