AZ

Zelenskiyə qarşı ağır İTTİHAM: “Amerika ssenarisində öz rolunu oynayır”

“Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin lideri deyil, əksinə, Amerika ssenarisində öz rolunu oynayan “məşhur aktyordur”.

Yenicag.az KCNA-ya istinadla xəbər verir ki, bu barədə KXDR xarici işlər nazirinin müavini İm Çon İlin bəyanatında deyilir.

“Ukraynanın döyüş meydanı çoxdan ABŞ və NATO-nun öyündüyü müxtəlif silahların məzarlığına çevrilib. Buna baxmayaraq, Zelenski ABŞ-nin yeni hərbi yardım qərarına görə minnətdarlığını bildirərkən, ehtiyatsızcasına Rusiyaya sona qədər “ölənə qədər müqavimət göstərməyə” davam edəcəyini açıqlayır. O, hər şeyi məhv edir”, – deyə bildirilib.

Rafi Müslümov

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla