AZ

"Yuventus" 22-ci FİNALDA - Növbəti görüşün tarixi BƏLLİ OLDU

Dünən, aprelin 23-də “Yuventus” İtaliya kubokunun yarımfinal cavab oyununda “Latsio”ya 1:2 hesabı ilə uduzsa da, ümumi hesabda daha da irəliləyib (3:2).

 

Sfera.az bildirir ki, həlledici görüşdə Massimiliano Alleqrinin yetirmələri "Fiorentina" - "Atalanta" cütünün qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, "Yuventus" turnirin 22-ci finalına yüksəlib. Bu, çempionatda bütün komandalar arasında ən yaxşı nəticədir. 2023/2024 mövsümünün İtaliya kubokunun finalı mayın 15-də baş tutacaq.

 

Xatırladaq ki, 33 turdan sonra "Yuventus" 64 xalla üçüncü pillədə qərarlaşıb. "İnter" 86 xalla erkən çempion olub. "Milan" isə 69 xalla ikinci yerdədir.

 

Fatimə Lətif

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla