AZ

NATO tankı ələ keçirildi – Moskvya gətirildi

Rusiya Silahlı Qüvvələrinin Ukraynada müharibə zamanı ələ keçirildikləri hərbi texnika Moskvanın Poklonnaya təpəsinə gətirilib.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.

Agentliyin məlumatına görə, artıq Amerikanın “Bradley” piyada döyüş tankı və “M113” zirehli transportyoru, həmçinin Almaniya istehsalı olan “Marder” tankı və Türkiyədə istehsal olunan “Kirpi BMC 350” zirehli avtomobili sərgi keçiriləcək yerə gətirilib.

Sərgi mayın 1-də açılacaq və bir ay davam edəcək. Burada ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, İsveç, Cənubi Afrika, Finlandiya, Avstraliya, Avstriya və Ukrayna istehsalı olan 30-dan çox hərbi texnika nümunəsi təqdim olunacaq. Qonaqlar həmçinin “Leopard” tankını da görə biləcəklər.

Aprelin 23-də Rusiya Müdafiə Nazirliyi ələ keçirilən tankın döyüş meydanından daşınmasını əks etdirən görüntüləri dərc edib. Tank artıq təmir şöbəsinə təhvil verilib, burada relslərin və bəzi elektrik naqillərinin elementlərinin dəyişdirilməsi planlaşdırılır.

Seçilən
45
8
Mənbələr
Şərh ()
Bağla