AZ

Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsindən istifadə etdi


ABŞ Prezidenti Co Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsindən istifadə edib.
Yeniavaz.com
Ağ Ev mətbuat xidmətinə istinadla xəbər verir ki, Bayden “erməni soyqırımı”nın 109-cu ildönümü ilə bağlı müraciətlə çıxış edib və bu “soyqırımı” heç vaxt unutmayacağına dair sözünü bir daha təsdiq edib.
“Bu gün biz “erməni soyqırımı”nda itirilən həyatların xatirəsini yad etmək üçün bir anlıq fasilə veririk və heç vaxt unutmayacağımıza dair sözümüzü bir daha təsdiq edirik”, - Bayden deyib.
Qeyd edək ki, Bayden “erməni soyqırımı” ifadəsindən istifadı edən ilk ABŞ prezidentidir.
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla