AZ

Bir il əvvəl yoxa çıxan modelin nəşi Bəhreyndə morqda tapılıb - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Kaikan modellik karyerasından sonra ailəsini dolandırmaq üçün Taylanda köçüb və restoran biznesində işləməyə başlayıb.

2023-cü ilin aprelində sosial media paylaşımlarını dayandırdıqda ailəsi və dostları narahat olmağa başlayıb. Kaykanın cəsədi ayağındakı döymə sayəsində tanınıb.

Yarılmanın rəyinə görə, ölümün səbəbi "alkoqoldan zəhərlənmə nəticəsində kəskin ağciyər və ürək çatışmazlığı" müəyyən edilib.

Kaikanın ailəsi cəsədi Taylanda gətirməyə çalışır. Modelin ölümündən məyus olan bacısı Suthida Ngernthaworn deyib: "Bacım 2-3 il əvvəl Bəhreyndə işləməyə başlayıb və orada ərəb sevgili tapıb. Amma ötən ilin aprelindən onunla əlaqə saxlaya bilmirik".

Suthida bacısının cəsədinin fotoşəkillərində qançırların olduğunu iddia etdiyi üçün bacısının ölümü ilə bağlı şübhələrini ifadə edib. O, həmçinin bacısının yoxa çıxmazdan əvvəl bədənindəki qançırlar və kəsikləri göstərən foto və videolar göndərdiyini söyləyib.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla