AZ

Hakan Çalhanoğlu: “Bir fincan qəhvə məndən bahadır”

“İnter”in türk yarımmüdafiəçisi Hakan Çalhanoğlu və fransalı hücumçusu Markus Türam klub prezidenti Stiven Çjan ilə canlı yayıma çıxıblar.

Arena.az məlumat verir ki, sosial şəbəkələrin birində yayım zamanı “neradzurri”nin futbolçuları “İnter”in onlara sahib olduğu transfer dəyərinə eyham vurublar.

Əvvəlcə Markus Türam dilə gəlib:

  • Prezident, siz bizi 0 avroya əldə etmisiniz.

Hakan gülərək komanda yoldaşının sözünə qüvvət verib:

  • Bir fincan qəhvə, Türamla birlikdə bizdən bahadır.

Türam prezidentə təcili “həll yolu” təklif edib:

  • Biz öz hədiyyəmizi almalıyıq.

Klub prezidenti Stiven Çjan təbəssümlə cavablayıb:

  • Bu canlı yayımın səhv olduğunu bilirdim…

Xatırladaq ki, Hakan Çalhanoğlu “İnter”ə 2021-ci ilin yayında azad agent qismində “Milan”dan keçib. O, cari mövsümdə bu komandanın heyətində 37 oyuna çıxıb, 13 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Hakan “İnter”də bütövlükdə 132 oyun keçirib, 25 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.

Markus Türam isə ötən 2023-cü ilin yayında eyni statusda Mönhenqladbax “Borussiya”sından “neradzurri”yə qoşulub. 26 yaşlı fransız forvard bu komandada 42 oyuna çıxıb, 14 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, “İnter” ötən həftə İtaliya A Seriyasının cari mövsümünün başa çatmasına 5 tur qalmış 20-ci çempionluğunu təmin edib. Milan təmsilçisi 33 oyundan 86 xalla yarış cədvəlinə başçılıq edir və ən yaxın rəqibi, 2-ci pillədə qərarlaşmış “Milan”ı (69 xal) 17 xal qabaqlayır.

Vurğulayaq ki, 20-ci çempionluğu təmin etməsi ilə “İnter” köynəyində 2-ci ulduzu daşımaq hüququnu qazanıb.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla