AZ

Dayanacaqdan kənarsərnişin düşürən avtobus sürücüsü qəza riski yaratdı - VİDEO

Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində qayda pozan avtobus sürücüsü görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 23-ü günorta saatlarında qeydə alınıb. Belə ki, 77-JD-304 dövlət nömrə nişanlı, 81 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü yolun hərəkət hissəsində dayanaraq sərnişinləri düşürüb. Bu zaman o, hərəkətdə olan avtomobilə qəza riski yaradıb. Lakin avtobus sürücüsü digər hərəkət iştirakçılarına əhəmiyyət vermədən bir müddət yolda dayanıb. 
Qeyd edək ki, avtobusu dayanacaqdan kənarda saxlayan sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, 100 manat məbləğində cərimə oluna bilər.

Nərmin

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla