AZ

NATO Ukraynanı dəstəkləyir, lakin Rusiya ilə müharibə vəziyyətində deyil – Olaf Şolts

NATO ölkələri Ukraynanı dəstəkləyir. Məqsəd Kiyevin özünü müdafiə edə bilməsi üçün dəstək verməkdir.

Herbiand.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Almaniya kansleri Olaf Şolts Britaniyanın baş naziri Rişi Sunakla keçirdiyi mətbuat konfransında səsləndirib.

“Almaniya ilə Böyük Britaniya Ukraynanın tərəfindədir. Biz Ukraynanın özünü müdafiə edə bilməsi üçün dəstək veririk. Əsas odur ki, NATO ölkələri Rusiya ilə müharibə aparmır”, – deyə o əlavə edib.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla