AZ

Aprel sürprizi:Afina narıncıya, Helsinki ağ örpəyə büründü

Aprelin son günlərində yaz Günəşinin şəfəqlərini gözlədiyimiz halda, Avropanın bir tərəfi narıncı, o biri tərəfi ağ rəngə "bürünüb". Yunanıstanda Sahara səhrasından gələn toz buludları səbəbindən paytaxt Afinanın səması narıncı rəng olub.

Belə ki, Şimali Afrikadakı Sahara səhrasından küləklərin daşıdığı toz buludu dünən Yunanıstanın paytaxtı Afinaya təsir edib. Finlandiyanın paytaxtı Helsinki "ağ örtüyə" bürünüb. Afinanın simvolu olan Akropol da toz buludları arasında itib.

Bu gündən etibarən təsirini itirən toz buludu ölkənin şimalındakı Saloniki şəhərinə çatıb.

Finlandiya isə ağ "örpəyə" bürünüb.

Finlandiyanın cənubunda güclü qar ictimai nəqliyyatı iflic edib. Bəzi rayonlarda qarın qalınlığı 20 santimetrə çatıb.

Günel Cəlilova, "İki sahil"

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla