AZ

“Region Liqasında çıxış etməkdən yana deyilik” – “Ağsu Siti” 2-ci liqa arzusunda

Daha əvvəl “Ağsu Siti”nin bərpa olunacağı haqda xəbər yaymışdıq. Klubun prezidenti Rəmzi Eminli bunun üçün AFFA rəhbərliyinin dəyişməsini gözlədiyini demişdi.

“Football-plus.az” bu yöndə hansısa addımların atılıb-atılmadığını öyrənmək məqsədilə yenidən Rəmzi bəylə əlaqə saxladı:

“Üç-dörd gün əvvəl AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevlə görüşmək istədim. Daha sonra qurumdan Kamran adlı şəxs zəng edib dedi ki, Sərxan müəllimin vaxtı yoxdu. Həmçinin məni PFL-ə yönəltdilər. Bu həftə bu qurumun rəhbərliyi ilə görüşməyə çalışacam. İstəyim klubu bərpa edib növbəti mövsümdən etibarən 2-ci liqada çıxış etməkdi. Artıq futbolçularla danışıqlara başlamışıq. Düzü, Region Liqasında çıxış etməkdən yana deyilik. Orda 10 manat pul xərcləyirsən, əvəzində 1 manat verirlər. Güclü komanda formalaşdırmaq istəyirik. Gələnin-gedənin qapazaltısı olmaq bizə yaraşmaz. Bəziləri inciməsin, amma belə nəticələr varsa, utanmaq lazımdı. Təkcə futbol yox, komanda yaradıb voleybol çempionatına da qoşulmaq istəyirik. Bu barədə Voleybol Federasıyasıyla danışıq aparacağıq”.

Eminov ev oyunlarını keçirmək istədiyi Ağsu şəhər stadionundan da danışdı:

“Bura yeni təmir olundu. Yayda ot örtüyü də dəyişdiriləcək. Onsuz da “Difai Ağsu” Ağsuda çıxış etmir. Bakıda məşq edib, Şamaxıda meydana çıxırlar. Bildiyimə görə, Ağsunun icra başçısı, “Difai Ağsu”nun rəhbəri və azarkeşlər arasında bu barədə görüş olub. Yerli tərəfdarlar istəyir ki, komanda ev oyunlarını öz bölgəmizdə keçirsin. Biz bunu etməyə hazırıq. İnşallah, planlarımız həyata keçsə, doğma meydanda bizi istəyən azarkeşlərin qarşısında meydana çıxacağıq”.

KƏNAN BAHADIR
Seçilən
27
Mənbələr
Şərh ()
Bağla