AZ

Lukaşenko: "Anlamaq olmur, onlar bununla kimin qarşısını almaq istəyirlər?"

Lukaşenko:

Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko parlamentdə çıxışında bildirib.

“ABŞ Avropa ölkələrində yerləşdirdiyi kimi, Belarusda öz ərazisində taktiki nüvə silahı yerləşdirib”, o vurğulayıb.

Belarus Prezidenti deyib ki, ölkəsi qərb sərhədlərində NATO ilə üz-üzədir: “Blokun şərq cinahında üç yüz minlik hərbi qrupun yerləşdirilməsi planı təsdiq edilib”.

Onun sözlərinə görə, onlar buna “çəkindirici kəməri” adlandırırlar: “Sadəcə, anlamaq olmur, onlar bununla kimin qarşısını almaq istəyirlər? - Aleksandr Lukaşenko qeyd edib(Report).
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla