AZ

Gələcəyin güclü klubunu formalaşdırmaq istəyən "Sabah" - YAZI

Futbol həyacanına və marağına görə idmanın şahıdır. Təbii ki, bu status elə-belə qazanılmayıb. Futbol matçlarındakı ajiotaj, insan axını nəzərə alınıb.

Azərbaycanda da bu idman növünə maraq böyükdür. Düzdür, çempionat oyunlarına azarkeşlər az gəlir. Bu da Premyer Liqanın səviyyəsinin aşağı olması ilə bağlıdır. Amma bu situasiyası ilə barışmayan klublar da var. Məsələn, "Sabah". Paytaxt təmsilçisi hər dəfə fərqli layihələrlə azarkeş kütləsini artırmağa çalışır.

Şənbə günü "tələbələr" paytaxt derbisində "Səbail" ilə üz-üzə gələcək. Bu görüş "bayquşlar" üçün çox vacibdir. Avrokuboklara vəsiqə qazanmaq istəyən Masazır təmsilçisi qəsəbə camaatını oyuna cəlb etmək istəyir. Bunun üçün klubun sponsorları qarşılaşmaya gələcək azarkeşlərə müxtəlif hədiyyələr paylayacaq. Sadəcə, görüşə bilet almaq lazımdır.

Belə viktorinalar kütləviliyi artırmaq üçün vacibdir. Şənbə günü, ideal saatda avrokuboklar uğrunda mübarizə aparan komandaların oyununu izləyərək sonda "İphone 15", müxtəlif smartfonlar qazanmaqdan gözəl nə ola bilər ki?

Bəlkə də düşünərdiniz ki, hədiyyələrlə, viktorinalarla azarkeş kütləsi yığmaq düzgün deyil. Amma "Sabah" "Qarabağ", "Neftçi" ilə qarşılaşmır ki, oyuna çox adam gəlsin. Klub bu addımı ataraq futbolçuları da avrokubok matçlarına hazırlayır. Həm belə kampaniyalar dünya praktikasında var. MBA matçlarında zamanı da kollektivlər belə azarkeşlərinə jestlər edirlər. İndi 7 ildir fəaliyyətə başlayan, klub olaraq formalaşan Bakı təmsilçisinin bu cür azarkeş toplaması alqışlanası addımdır. Həm də Masazır, Xırdalan camaatı 2-3 matça bu viktorinalar üçün gəlsə də, sonradan komandaya qarşı doğmalıq hiss edəcək. Bir sözlə, "Sabah" indi üçün yox, gəcəyin güclü klubunu formalaşdırır.

İLKİN SULTANLI

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla