AZ

Tramp tezliklə Baydenlə danışacaq

ABŞ-ın keçmiş prezidenti Donald Tramp yaxın gələcəkdə Amerikanın hazırkı lideri Co Baydenlə istənilən vaxt debat etməyə hazırdır.

News24.az xəbər verir ki, bu barədə “Action News” məlumat yayıb.

“Onunla mübahisə etmək istərdim. Mən hazıram, istəkliyəm və bacarıram, dediyim kimi, indi edək, sabah, lap elə bu axşam edək. Baydenin debat edə bilməyəcəyini və ya etməyəcəyini söyləyənlər var. Düşünürəm ki, Baydenə çox təzyiq olacaq, nə vaxtsa o, debata getməli olacaq”, - deyə Tramp Action News-a müsahibəsində bildirib.

Bundan əvvəl ABC, CBS, CNN, NBC və Fox News daxil olmaqla, Amerikanın böyük televiziya şirkətləri və kanalları Bayden və Trampı noyabrın 5-də keçiriləcək prezident seçkiləri ərəfəsində teledebatlarda iştirak etməyə çağırıblar.

Mehriban Mirzəzadə



Seçilən
20
1
Mənbələr
Şərh ()
Bağla