AZ

Ruslar daha bir yaşayış məntəqəsinə nəzarəti ələ keçirib – “Bild” nəşri

Rusiya ordusu tammiqyaslı işğaldan əvvəl 3600 nəfərin yaşadığı Donetsk vilayətinin kiçik Oçeretino kəndinin mərkəzinə nəzarəti ələ keçirib.

Editor.az bildirir ki, bu barədə Almaniyanın “Bild” nəşrinin hərbi müşahidəçisi Julian Röpken məlumat verib. Onun yazdığına görə, aylarla davam edən gərgin döyüşlərdən sonra Rusiya Silahlı Qüvvələrinin bölmələri son 48 saat ərzində faktiki olaraq ciddi müqavimətlə üzləşmədən əhalinin məskunlaşdığı əraziyə daxil ola bilib.

Röpke qeyd edir ki, “Rusiya ordusunun uğurunun səbəbi bu ərazidə müdafiəni tutan onlarla Ukrayna Silahlı Qüvvələri əsgərinin geri çəkilməyə məcbur olmasıdır”.
Oçeretino kəndi Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan Donetsk vilayətinin son şəhərlərinə aparan strateji əhəmiyyətli dəmir yolu xətti üzərində yerləşir.

Ukrayna ordusunun işğalçıların hücumunu necə dayandırmaq niyyətində olduğu hələ aydın deyil. Nəşr ukraynalı hərbçilərə və analitiklərə istinadən yazır ki, Rusiyanın irəliləyişi Ukrayna Silahlı Qüvvələrinin 115-ci mexanikləşdirilmiş briqadasının gözlənilmədən “mövqelərini tərk etməsindən” sonra mümkün olub.

//Samir Qurbanov, Editor.az

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla