AZ

Heyrətamiz hadisə: Timsah uçuş zolağına girdi

ABŞ-ın Florida ştatındakı “MacDill” Hərbi Hava Qüvvələri bazasında uçuş-enmə zolağında timsah görülüb.

Publika.azxəbər verir ki, bununla bağlı “MacDill” Hərbi Hava Qüvvələri açıqlama verib.

Açıqlamada bildirilir ki, timsah təyyarənin yanında tapılıb. Onu tutmaq üçün xeyli vaxt sərf olunub. Təyyarələrin uçuş-enmə zolağında görünən timsah Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasının (FWC) 3 işçisi tərəfindən tutulub və Hillsborodakı çaya buraxılıb.

"Ən yeni pilotumuz, yəni timsahımız bazadan kənarda daha uyğun bir mühitə yerləşdirildi. Yardımlarına görə "FWC"yə xüsusi təşəkkürlər",- deyə açıqlamada qeyd edilib.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla